top
“28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
09 aprel 2025, 01:15
- ↺ +

“28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.

Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır.

“Qafqazinfo” xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun “Əcəmi” stansiyasından “Nərimanov”a getmək istəyən sərnişin bunun üçün “Nizami” stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir.

Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu ilin son aylarında başlanılacaq: “28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub.

Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.

Göründüyü kimi, qurum dəqiq tarix açıqlamasa da, sorğudan təmirin ilin sonuna doğru - oktyabr, noyabr və ya dekabr aylarında başlayacağını deyə bilərik.

Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Oxşar xəbərlər