Qəbələdə 2021-ci ilin may ayında 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə iclası başlayır. Bu haqda fevralın 1-də Report məlumat yayıb.
Ölüm hadisəsi iki avtomobilin toqquşması nəticəsində baş verib.
Məhkəmənin hazırlıq iclası fevralın 10-na təyin edilib.
İş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.