16 avqust tarixində sabiq səfir Eldar Həsənovun cinayət işinin istintaqı başa çatıb. İttiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Eldar Həsənovun Rumıniya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 30 255 737 (28 333 073 avro) manat mənimsəməsinə şübhələr müəyyən edilib.
Eldar Həsənova Cinayət Məcəlləsinin “mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda”, “Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham elan olunmuşdur. Həsənovu on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Sabiq səfir 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.