Ötən gün toylara görə 1 nəfər cərimələnib, 4 nəfər şənliyə buraxılmayıb. Bu barədə 13 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.
Yoxlamalar nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər cərimə olunub, 4 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.