Bu gün saat 10:00-dan etibarən Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə “mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranacaq. Bu haqda martın 10-da Report məlumat yayıb.
Səbəb “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması üçün görülən işlərdir.
İşlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.