2021-ci ildə Ukraynada müvəqqəti və daimi yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı 4864 nəfərdən çox təşkil edib. Bu barədə 22 dekabr tarixində Report Ukrayna Dövlət Miqrasiya Xidmətinə istinadən məlumat verib.
Onlardan 3 530 nəfərə müvəqqəti yaşamaq, 1 334 nəfərə isə daimi yaşamaq icazəsi verilib.