Oktyabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı yayılan məlumat haqda kollecin tədris işləri üzrə direktor müavini danışıb.
“Cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil edib, bu da ştat cədvəllərində nəzərdə tutulmuş saylara uyğun deyil. Bəzi müəllimlər orta ixtisas müəllimlərdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Hal-hazırda struktur dəyişikliklərin həyata keçirilməsi istiqamətində görülən işlər davam etdirilir”, - deyə direktor müavini söyləyib.
Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli, 21 orta ixtisas təhsilli müəllimlərdir, 5-i isə şöbə müdirləridir. Müəllimlərin Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət etdikləri bildirilib.