Bir il öncə bugün, 8 oktyabr tarixində Ermənistan Goranboy rayon Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 nəfər mülki şəxs həlak olmuşdur.
Həmin gün Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə və Ağdamı da atəşə tutmuşdur. Nəticədə 9 mülki şəxs yaralanmışdır. Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində bir neçə mülki obyektə və yaşayış binasına maddi ziyan dəymişdir.
8 oktyabr 2020-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika iş forumundakı çıxışında bildirmişdir: "Türkiyə Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı haqlı mübarizəsini tam dəstəkləyir".
Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-dən oktyabrın 8-dək ermənilərin atəşi nəticəsində 31 mülki şəxs həlak olmuşdur, 154 nəfər yaralanmışdır.