Bakının Biləcəri qəsəbəsində 80 yaşlı kişiyə qarşı quldurluq törədilib. Bu barədə aprelin 11-də APA məlumat verib.
Belə ki, aprelin 10-da iki nəfər zərərçəkmişin evinə daxil olub, əllərini iplə bağlayıb, 260 manat pulunu və ərzaq məhsullarını oğurlayıb.
Keçirilən əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir və Yevlax rayon sakinləri saxlanılıb. Müəyyən olunub ki, hər iki şəxs əvvəllər oğurluğa görə məhkum olunublar.
Faktla bağlı araşdırma davam edir.