Yanvarın 8-dən Bakıda 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik ediləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Dəyişikliyə əsasən, marşrut xəttinin (“Dərnəgül” metrostansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil olunacaq.