Ağcabədidə 51 yaşlı kişi intihar edib. Bu haqda martın 24-də APA məlumat yayıb.
Hadisə rayonun Qiyamədinli kəndində baş verib. Kənd sakini yaşadığı həyətdə yardımçı tikilidən özünü asıb. İddia edilir ki, o, Maştağada əsəb dispanserində qeydiyyatda olub.
Analoji hadisə Şəmkirdə də qeydə alınıb. Qaracəmirli kəndində qadın özünü asaraq həyatına son qoyub. Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktlarla bağlı araşdırmalar aparılır.
Azərbaycanda ötən il ərzində 612 nəfər intihar edib. Onlardan 438-i kişi, 174-ü qadın, 46-sı isə yetkinlik yaşına çatmayanlar olub.