Ağcabədi rayonunda "ASAN Xidmət" Mərkəzinin əməkdaşı qaçırılıb. Bu barədə 9 mart tarixində APA məlumat yayıb.
Belə ki, Taxta Körpü qəsəbəsində məskunlaşan 30 yaşlı Tutu İbrahimova iki gün əvvəl öz şəxsi avtomobili ilə işdən çıxıb evə getmək istəyib. Lakin onun qarşısını naməlum şəxs və ya şəxslər kəsib və qaçırıb.
Qızın anasının sözlərinə istinadən, onlar bu işdə yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxsdən şübhələnirlər. O bildirib ki, övladının və həmin şəxsin telefonları söndürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, hazırda məsələ ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.