Ağdam Sənaye Parkının 190 hektar sahəsinin 74 hektarı artıq minadan təmizlənib. Bu barədə 10 dekabr tarixində Apa məlumat verib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyevin sözlərinə görə, sənaye parkı ərazisini su ilə təmin etmək üçün 350 metr dərinliyində subartezian quyusu qazılıb.
Ərazidə 10 kV-luq elektrik xətti çəkilib və ərazidə 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb.