Dekabrın 29-u saat 16 radələrində Ağdamda “Bakcell” MMC-nin əməkdaşı erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hadisə rayonun “Yeddi xırman” adlanan ərazisində baş verib. 1993-cü il təvəllüdlü Bakı sakini Anar Rəhimli qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən xəsarət alıb.
Faktla bağlı “terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə”, “iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd” və digər maddələr ilə cinayət işi başlanılıb.
[URIS id=20311]