Noyabrın 20-də işğaldan azad edilən ərazilərdə ermənilərin atıb qaçdığı silah-sursatlar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Ağdam rayonunda 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın patron aşkar edilib.
Həmçinin ərazidə 3 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.