Ağdamda qaçırılan məktəbli qız ailəsinə təhvil verilib. Qızın qaçırıldığı ünvan və onu qaçıranın şəxsiyyəti müəyyənləşdirilib.
Daha sonra polis əməkdaşları məktəbli qızı yaşadığı evə gətirərək ailəsinə təhvil veriblər.
Məktəbli ifadəsində bildirib ki, o, öz istəyi ilə sevdiyi oğlanla birlikdə ailə qurmaq məqsədi ilə qaçıb.
***
10:40
Ağdamda məktəbli qızı qaçırılıb. Reportun verdiyi məlumata görə, hadisə dekabrın 22-də rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.
Belə ki, qəsəbənin tam orta məktəbinin 10-cu sinif şagirdi məktəbdən qayıdarkən qaçırılıb. İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.
Qızın valideynləri hadisə ilə bağlı polisə müraciət ediblər. Faktla bağlı araşdırmalara başlanılıb.