top
Ağdamda pambığın məhsuldarlığı azalıb: fermerlərin və mütəxəssislərin fikirləri ayrılır
24 noyabr 2021, 02:31
- ↺ +

Ağdamda pambığın məhsuldarlığı azalıb: fermerlərin və mütəxəssislərin fikirləri ayrılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cari ildə Ağdam rayonunda pambıq yığımı gecikir, həm də məhsuldarlıq ötən illə müqayisədə aşağı düşüb. Bu barədə Sputnik Azərbaycan-a yerli fermerlər söyləyib.

Fermerlərin sözlərinə görə, buna əsas səbəb yay aylarında havaların isti və quraq keçməsidir. Nəticədə yığım dekabr ayının ortasına qədər davam edəcək. Yığım vaxtı havaların soyuq və yağmurlu keçməsi də məhsuldarlığa və məhsulun keyfiyyətinə öz mənfi təsirini göstərəcək.

Fermer Vasif Şahverənov bu il 5 hektar pambıq əkib: “Bu il quraqlıq olduğu üçün məhsuldarlıq bir qədər zəif olub. Hər hektardan hardasa 25-30 sentner məhsul götürmüşük. Keçən il müharibənin o çətin vəziyyətində 30-35 sentner məsul götürmüşdük”.

Fermer Seyfəddin Əliyev isə bildirir ki, pambığa bu il lazımı qədər su verilməyib: “Biz 12 hektar pambıq əkmişdik. Beş dəfə su vurmuşuq. Pambıq təsərrüfatı belədir ki, bu gün suvardıqsa, üç gündən sonra yenidən suvarmaq lazımdır. 12 hektardan cəmi 25 ton pambıq verə bildim”.

Aqronom Damət Sultanov hesab edir ki, pambığın becərilməsində ənənəvi əkin qaydalarından başqa həm də müasir innovativ qaydalardan istifadə etmək lazımdır. Hazırda ölkəyə gətirilən bəzi dərman preparatlarının heç bir mənfi təsiri yoxdur: “Bitkinin aktiv inkişaf dövründə maksimal gübrələrlə və mineral maddələrlə təminatı, onun xarici mühit amilinin təsirlərindən qorunmasına, vitaminlərlə zənginləşməsinə kömək edir. Eyni zamanda bu, bitkinin istilikdən və susuzluq şəraitindən qorunmasına xidmət edir”.

Mütəxəssislər bildirir ki, əslində pambıqçılıqda məhsuldarlığı artıran əsas amillərdən biri də çiyiddir. Əkin vaxtı fermer yüksək məhsuldar pambıq çiyidi səpsə, ilin sonunda məhsul yığımı vaxtı əli boşda qalmaz.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib və nəticədə 7100 ton məhsul yığılıb. Bu da hər hektardan 33,5 sentner məhsuldarlıq deməkdir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:58

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI

Yerli xəbərlər
Bu gün, 09:37

General Natiq Əliyevin qızı saxlanıldı

Xarici xəbərlər
Bu gün, 09:16

Yoldaşına xəyanət edən "Nvidia"nın baş direktoru vəzifəsindən uzaqlaşdırıla bilər

Yerli xəbərlər
Bu gün, 08:58

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Oxşar xəbərlər