Cari ilin ilk 11 ayında Ağdam rayonunda ət və süd istehsalı müvafiq olaraq 2,8% və 4,8% artıb. Bu barədə 9 dekabr tarixində Rayon statistika idarəsinə istinadən Azərtac məlumat yayıb.
Məlumata əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında rayonda 4 603,3 ton ət və 37 115,7 ton süd istehsal edilib.
Qeyd olunub ki, rayonda heyvandarlıq məhsulları istehsalının artmasına süni mayalanmanın uğurla həyata keçirilməsi mühüm rol oynayır. Cari ilin ilk 11 ayında 4 458 baş inək və düyə süni yolla mayalandırılıb, 2 752 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.