Ağsuda tanışını öldürən şəxsin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda martın 31-də Report xəbər yayıb.
Məhkəmənin hazırlıq iclası aprelin 12-də baş tutacaq.
2021-ci ilin dekabr ayında Ağsu rayonu Padarqışlaq kəndinin 30 yaşlı sakini 29 yaşlı tanışı Sabirabad rayon sakinini bıçaqlayaraq qətlə yetirib. Hadisə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı olub.
Saxlanılan şəxs “qəsdən adam öldürmə” maddəsilə ittiham olunub.