Bugün, 19 avqust tarixində ölkənin bir sıra bölgələrində Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
Aksiya Qan bankının paytaxt və bölgələrdəki filiallarında, ümumilikdə 9 nöqtədə təşkil olunub:
- Mərkəzi Qan Bankı;
- Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr., Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1 ci mərtəbə;
- Quba bölgə bölməsi: Quba Qan bankı, Fətəli Xan küç. 10, Tibb Kollecinin binası;
- Şirvan bölgə bölməsi: Heydər Əliyev pr. 16, Şirvan şəhər Mərkəzi Xəstəxanası;
- Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri, Nizami küç. 67, Lənkəran Mərkəzi xəstəxanası;
- Şəki bölgə bölməsi: Şəki şəhəri, M.Ə.Rəsulzadə 164;
- Mingəçevir bölgə bölməsi: 20 yanvar küç., Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının "C" korpusu;
- Gəncə bölgə bölməsi: Gəncə şəhəri, S.Hacıyev küç. 2;
- Bərdə bölgə bölməsi: N.Nərimanov küç. 2.
Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə son illərdə Aşura günü qanvermə aksiyaları keçirilir. Toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.