Abşeron rayonunda kişi həyat yoldaşının başını kəsərək qətlə yetirib, oğlunu isə yaralayıb. Bu haqda dekabrın 18-də Report məlumat yayıb.
Hadisə dekabrın 18-i saat 15:00 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb. 1959-cu il təvəllüdlü şəxs arvadını yaşadığı evdə aralarında yaranan mübahisə zamanı öldürüb. 36 yaşlı oğluna isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı “qəsdən adam öldürmə”, “iki və ya daha çox şəxsi öldürməyə cəhd” maddələri ilə cinayət işi başlanıb.
2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.