Abşeronda özünü dövlət qurumunun əməkdaşları kimi təqdim edib aptek sahiblərindən pul tələb edən iki nəfər saxlanılıb. Bu barədə dekabrın 20-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov Abşeron rayonunda, eləcə də Qaradağ, Suraxanı, Nərimanov və Yasamal rayonlarında apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb ediblər.
Araşdırma zamanı saxlanılanların heç bir dövlət qurumunun əməkdaşları olmadıqları və özləri ilə gətirdikləri vəsiqələrinin saxta olduğu müəyyən edilib.