Abşeronda avtomobillər toqquşub. Nəticədə 1 nəfər ölüb. Bu barədə 8 aprel tarixində Report məlumat verib.
Belə ki, aprelin 8-i Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.