Abşeronda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb. Bu barədə yanvarın 13-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyatlar rayonun Xırdalan şəhəri, Saray və Masazır qəsəbələrində aparılıb. Saxlanılan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı araşdırmalara başlanılıb.