Abşeronda tanışının qətlində təqsirləndirilən Vüsal Dünyamalıyevin cinayət işi üzrə məhkəməsi başlayır. Bu barədə 12 yanvar tarixində Report məlumat yayıb.
İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə ötən il mayın 30-da baş verib. V.Dünyamalıyev şəxsi münasibətlər zəminində tanışı Sərdar Həsənovu hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.