ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı başsağlığı verib. Bu barədə aprelin 4-də səfirlik Twitter səhifəsində paylaşım edib.
Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik.
— U.S. Embassy Baku (@USEmbassyBaku) April 4, 2022
Qeyd edək ki, Səbail rayonunda yerləşən “Location” gecə klubunda baş vermiş partlayış zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb.