Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza verilib. Nuran Səməndərov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda fevralın 1-də Report məlumat yayıb.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Cinayət işində 4 nəfər zərərçəkmiş var. Onların arasında Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov da var.
İttiham olunan şəxs özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan küllü miqdarda pul götürüb. O, həmçinin telefon mağazalarından xeyli sayda bahalı telefonlar götürüb və pullarını ödəməyib.