Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2 ci nömrəsini nəşr edib. Bu barədə martın 9-da DİM-dən məlumat verilib.
Bu nömrədə 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni və müsabiqə şərtləri dərc edilib.
Jurnalda, həmçinin test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr təqdim edilib.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində nəşr edilib. Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), kitab mağazalarından almaq və ya abiturient.az saytından sifariş etmək olar.