Şabranda bacısını öldürən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda martın 19-da APA məlumat paylaşıb.
Qətli törətməkdə təqsirləndirilən şəxsin işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2021-ci il Çaraq kəndinin 30 yaşlı sakini qısqanclıq zəminində çoxsaylı bıçaq zərbələri endirərək 24 yaşlı bacısını qətlə yetirib. Əməli törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.