Şabranda hoteldə təmir zamanı kondisioner partlayıb. Bu barədə fevralın 1-də APA məlumat yayıb.
Nəticədə Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ona bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları, üzün 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.