ABŞ-ın azərbaycanlı mütəxəssisləri “Ağıllı şəhər” layihəsində iştirak edəcək. Bu barədə aprelin 29-da Florida-Azərbaycan icmasının rəhbəri Esmira Bayramova Report-a bildirib.
““Tesla”, NASA, “Microsoft” kimi dünyaca məşhur qurumlarda çalışan azərbaycanlı mütəxəssislər var. Onların hər biri Qarabağ üçün hər şeyə hazırdır. Mütəxəssislərimizi ən qısa zamanda bir yerə toplayaraq onları “Ağıllı şəhər” layihəsinə öz töhfələrini verməyə dəvət edəcəyik”, - deyə E.Bayramova vurğulayıb.