ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi missiya rəhbərlərinin konfransında iştirak etmək məqsədilə Bakıya səfər edəcək. Bu haqda aprelin 25-də ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat paylaşıb.
Missiya rəhbərlərinin konfransı aprelin 27-28-də Bakıda baş tutacaq.
Konfransda, həmçinin ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.
Sonuncu konfrans 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyində keçirilib.