ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysinin aprelin 27-28-də Bakıda görüşü keçirilib. Bu haqda ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat paylaşıb.
Missiya rəhbərlərinin konfransında, həmçinin ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak ediblər.
Onlar məlumat mübadiləsi aparmaq üçün toplaşıblar.
Sonuncu konfrans 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyində keçirilib.