Aprelin 23-də Abşeron rayonu, Sulutəpə qəsəbəsində avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən aprelin 25-də məlumat verib.
Bakı şəhər sakini “VAZ-2107” markalı avtomobili ilə yolu keçən Hacıqabul rayon sakinini vurub. Nəticədə piyada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.