"Azərsu" ASC tərəfindən Bakı şəhəri və Abşeronun içməli su təchizatı 2035-ci ilə qədər tam yaxşılaşdırılacaq. Bu barədə 27 aprel tarixində Report xəbər verib.
Cəmiyyətin nümayəndəsinin sözlərinə görə, bu dövrə qədər hər bir insan qəsəbədə, yeni inşa olunmuş yaşayış binalarında 24 saat fasiləsiz su ilə təmin olunacaq.
“2035-ci ildə artıq planın hesabatlarına əsasən Abşeronda 4,5 milyon əhalinin məskunlaşacağı ehtimal olunur. Plan da bu artıma uyğun qəbul olunub", - deyə, nümayəndə vurğulayıb.