Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyətdə olduğu 15 il ərzində 53 811 əmanətçiyə kompensasiya ödəyib. Bu barədə 14 mart tarixində Report məlumat verib.
Fondun məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Qeyd edək ki, ADİF 12 avqust 2007-cil tarixindən fəaliyyətə başlayıb.