Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) törəmə müəssisəsi - ADY Express MMC İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlığa başlayıb. Bu barədə 10 mart tarixində ADY Express məlumat verib.
Məlumata əsasən, şirkətin Xaçmaz və Yevlax KOB evlərində nümayəndəlikləri açılıb.
Qeyd olunub ki, regionlardakı sahibkarlar KOB evlərinə yaxınlaşaraq ADY Express-lə təmas yarada, yükdaşımalara dair sifariş verərək şirktətin xidmətlərindən yararlana bilərlər.