Ağdamda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək qəza törədən şəxs həbs olunub. Bu haqda aprelin 23-də Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Müəyyən olunub ki, “VAZ-2107” markalı avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. O, qəza törətdikdən sonra hadisə yerindən qaçıb. Nəticədə digər avtomobillərə ziyan dəyib.
Saxlanılan şəxsin narkotik vasitə qəbul etdiyi məlum olub. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.