Ağdamın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb. Bu barədə mayın 2-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Ağdam sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən polis tərəfindən saxlanılıb. Onunla profilaktiki söhbətlər aparılıb, mina təhlükəsi barədə xəbərdarlıq edilib.
M.Məmmədov barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Qərara əsasən, o, 25 gün müddətinə inzibati qaydada həbs edilib.