“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Ağdam rayonunda biznes təlimlər keçirilib. Bu barədə aprelin 27-də Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Layihədə peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edib. Üç həftə davam edən təlimlərdə sahibkarlığın əsasları, satış, marketinq kimi ilkin biznes bilikləri öyrədilib.
Daha öncə Cəlilabad rayonunda keçirilən bu təlimlərə yaxın zamanda Qəbələ rayonunda da start veriləcək. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir. Təlimləri uğurla bitirən gənclərin seçdikləri fəaliyyət sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunması planlaşdırılır.