Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bu haqda yanvarın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparıb.
Qeyd edək ki, yanvarın 6-da sosial şəbəkələrdə məktəb direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülər yayılmışdır.
/https://insanoid.com/d-n-direktorun-agirdl-rl-r-fdar-il-ba-l-video-ara-d-r-l-r/