Əhalinin məşğulluğunun artırılması üçün “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlanan layihəyə start verilib. Bu barədə 8 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Layihənin əsas məqsədi işsiz şəxslər üçün kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
Belə ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Samux rayonlarında 200 nəfərə cins heyvandarlıq zərfi üzrə aktivlərin verilməsi nəzərdə tutulub.
Layihəyə qoşulmaq istəyənlər tələblərlə Agentliyin saytına daxil olaraq tanış ola bilərlər.
Seçilən iştirakçılara biznes təlimlər keçiriləcək. Təlimi uğurla başa vuran şəxslərə damazlıq heyvanlar və avadanlıqlar təqdim olunacaq. Daha sonra aktivlərlə təmin olunanlara satış bazarlarına çıxmaq üçün köməklik göstəriləcək.
Qeydiyyat üçün linkə daxil olaraq məlumatları doldurmaq lazımdır.