Bakıda aprelin 6-da “Al Market” MMC-yə cərimə protokolu yazılıb. Bu haqda Report xəbər paylaşıb.
Market barəsində “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə” maddəsilə protokol tərtib edilib. Cərimə protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Sözügedən maddəyə əsasən, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1 200 manat məbləğində cərimə edilir.