Yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 12 tank və piyada əleyhinə mina və 68 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə 10 yanvar tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat yayıb.
Nəticədə 57,1 hektar ərazi mina və PHS-lərdən təmizlənilib.
2021-ci ildə azad edilən ərazilərdə ümumilikdə 41 503 mina və PHS aşkarlanıb və 20 165 hektarlıq ərazi təmizlənilib.