İşğaldan azad edilmiş Cəbrayıl rayon ərazisinə qanunsuz olaraq kənar yollarla keçən 4 nəfər Goranboy rayon sakini saxlanılıb. Bu barədə yanvarın 12-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, xəbərdarlıqlara baxmayaraq, mina və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə onların hər biri inzibati qaydada 10 günlük həbs edilib.
Hazırda azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri gedir. Bununla bağlı bu ərazilərə qeyri-qanuni səfərlər qadağandır.