Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə sentyabrın 10-də ANAMA məlumat yayıb.
Əməliyyat Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında keçirilib. Nəticədə 324 hektar ərazi minalardan təmizlənib.
[gallery columns="1" size="large" ids="7449"]