Ali məktəblərin bakalavr səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı açıqlanıb. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında əks olunub.
11 mart saat 10:32-yə olan statistikaya əsasən, ümumilikdə 47 189 abituriyent ərizəsini təsdiq edib. Onlardan 43 242-si Azərbaycan, 3 947-si isə rus bölməsi üzrə təhsil alanlardır.
I ixtisas qrupu üzrə 16 544, II ixtisas qrupu üzrə 10 189, III ixtisas qrupu üzrə 11 022, IV ixtisas qrupu üzrə 2 818, V ixtisas qrupu üzrə isə 35 112 nəfər sənəd verib. Kolleclərə 36 226 ərizə təqdim edilib.
2021-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı 161 təşkil edib.