Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumu artırılır. Bu, Milli Məclisin noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarılacaq qanun dəyişikliklərində öz əksini tapıb.
Alkoqollu içkilərə aksiz markasının verilməsinə görə rüsum 0,06 manatdan 0,07 manata, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manatdan 0,07 manatadək artırılacaq.