Noyabrın 16-da “Report”dan verilən məlumata görə, 259 ərizəçinin müraciəti rəd edilib və həmin şəxslər Almaniyanı könüllü tərk etmələri barəsində xəbərdarlıq alıblar.
Bu ilin 9 ayı ərzində Almaniyada Azərbaycan vətəndaşları tərəfindən 407 sığınacaq ərizəsi qeydə alınıb. Onlardan 174 nəfər ilk dəfə, 233 nəfər isə ikinci dəfə sığınacaq üçün müraciət edənlər olublar.