Almaniya Azərbaycanın azad edilmiş ərazilərində su mənbələrinin təmizlənməsi işində əməkdaşlıq etməyə hazırdır. Bu barədə noyabrın 12-də Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
“Su mənbələrinin təmizlənməsi üzrə işlər Azərbaycan və Ermənistan ekoloqlarının və hökumətlərinin birgə fəaliyyəti kimi həyata keçirilə bilər”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, bu, insanları bir araya gətirmək üçün zəruridir: “Müharibədən sonra Almaniyanın da belə təcrübəsi olub. Barışmaq üçün xeyli vaxt tələb olundu”.
Cari ilin iyul ayında Zəngilandan olan məcburi köçkünlər Almaniya səfirinə müraciət edərək, Oxçuçayın çirklənməsinə səbəb olan Almaniyanın “CRONIMET” şirkətinə qarşı tədbirlər görülməsini xahiş ediblər.